BURADA REKLAMINIZ OLA
BİLƏR

İranın rabitə naziri “WhatsApp” və “Instagram”a qoyulan qadağadan danışdı

İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Cəhromi “WhatsApp” və “Instagram”a qoyulan qadağanın daimi olacağına dolayı işarə edib.

 

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

 

İranın rabitə naziri bildirib ki, sosial medianın Amerikan seqmenti iğtişaşlar platformasına çevrildiyi üçün onlara məhdudiyyətlər qoyulub:

 

“Nə qədər ki, bu platformalar ölkəyə ziyan vurur, onlara qoyulan məhdudiyyətlər davam edəcək. İnsanlar öz bizneslərini İslam Respublikasının siyasi qanunlarına uyğun olmayan mühitdə planlaşdırmamalıdırlar”.

 

Xatırladaq ki, bütün dünyada olduğu kimi İranda da insanlar internet üzərindən öz işlərini və bizneslərini idarə edirdilər. Məhdudiyyətlərin tətbiqi ilə onlar öz bizneslərini itiriblər.

Tarix: 29 Sentyabr 2022, 06:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin