BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kreml bizi Qarabağ separatçıları ilə baş-başa buraxarsa...”

“Britaniyanın “MI-6” kəşfiyyat xidmətinin məlumatına görə, Rusiya Ukrayna ərazisini taktiki nüvə silahıyla vuracaq məkanları müəyyənləşdirib. Plan hazırdır. Ukrayna prezidenti Volodimir Zelenskinin Kremli bu planı haqqında məlumatı var. ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hodces bildirib ki, əgər Rusiya taktiki nüvə silahı işlətsə, ABŞ Qara dəniz donanmasını tamamilə məhv edəcək. Bu nüvə müharibəsinə yol açacaq. Maraqlıdır, Rusiya Ukrayna və Qərb dünyasıyla ölüm-dirim savaşına başlayarsa, taktiki nüvə silahları havada uçuşarsa Kreml Qarabağdakı hərbçilərini geri çəkərmi? Ümumiyyətlə, Rusiya səfərbərliyə həyata keçirməkdə çətinlik çəkdiyi halda Kremlin Qarabağdakı hərbçilərini Ukraynaya göndərməsinə ehtiyac var”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“Doğrudur, Kreml hərbçiləri vasitəsilə Qarabağda varlığını qorumağa çalışır. Ancaq hazırda Rusiyanın taleyi Ukraynada həll olunur. Kreml bizi Qarabağ separatçılarıyla baş-başa buraxarsa, ərazimizdə nəzarəti tam bərpa edərik. Bu variant istisna deyil” – E.Şahinoğlu qeyd edib.

 

Kamal Məmmədov

Tarix: 29 Sentyabr 2022, 10:38   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin