BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada səfərbərlikdən sonra Gürcüstanda tıxac xaosu: Azərbaycan quru sərhədləri açmayacaq?

Rusiyada qismən səfərbərlik elan edilməsinin ardından Qazaxıstan, Gürcüstan sərhədlərində tıxac xaosu yaşanır. Ölkəmizdə quru sərhədlərin bağlı olmasından şikayət edənlərin bir qismi isə artıq dövlətin bu qərarını dəstəkləməyə başlayıb. Bəziləri isə bildirirlər ki, quru sərhədlər açılmalı, Rusiyada yaşayan vətəndaşlarımız Azərbaycana rahat gəlməlidirlər.

 

Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, quru sərhədlərin bağlı olmasını başqa məsələlərlə əlaqələndirmək düzgün deyil.

“Bəlkə də, post-sovet məkanında yeganə ölkəyik ki, koronavirusla mübarizə apara, qarşısını ala bildik. Fikir verirsinizsə, yoluxma göstəriciləri də aşağı düşüb, sağalanların sayı artıb. Ümumi trend də göstərir ki, xəstə insanların sayı get-gedə azalır. Məğz bundan ibarətdir. Operativ Qərargah buna çox fikir verir. Bunu başqa şeylərlə bağlamaq heç düzgün deyil. Rusiyada təyyarə biletlərinin də qiyməti həddən artıq qalxıb, xəbərim var. Biletlər on qat bahalaşıb. Biz bir il bundan öncə hardan bilərdik ki, Rusiya-Ukrayna müharibəsi olacaq, yaxud Rusiyada səfərbərlik elan olunacaq? Maraqlananda bizə də belə izah olunur ki, məqsəd xəstəliyin kökünü kəsə bilməsək də, fəsadlarını minimuma endirməkdir. İki il bundan öncə olan məsələlər gərək yadımızdan çıxmasın. Pandemiya qapanmalar, səhiyyə ocaqlarına düşən yük, koronavirusdan insanların dünyasını dəyişməsi… Gərək COVİD-19-un zərərini minimumdan-minimuma endirək ki, ölkədə insanlar rahat həyatlarını qura bilsinlər. İstənilən məclisləri keçirə bilsinlər və s.”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 29 Sentyabr 2022, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin