“Sosial şəbəkələrdə guya ölkədə sosial ədalətsizlik olması ilə bağlı məqsədli şəkildə şaiyələr yayanlar Azərbaycan dövlətinin sosial siyasət, pensiya islahatları sahəsində gördüyü işlərə xələl gətirmək istəyirlər. Qətiyyən belə deyil. Azərbaycanda bir qrup kateqoriya var ki, onların indiyə qədər əməkhaqlarının ödənilməsi müxtəlif əmək haqqı şəklində, əlavələr, yardım şəklində olub. İndiyə qədər ölkəmizdə hər ilin əvvəlində infilyasiya və s. ilə bağlı olaraq əmək haqlarının, pensiyaların artırılması ilə bağlı konkret qərar qəbul olunur, addımlar atılırdı. Pensiyanın da indeksasiyası aparılırdı. Aparılan indeksasiyanın nəticəsində də insanların pensiyasında müəyyən qədər artım olub. Bu da həm vətəndaşın rifahına böyük dəstək olmuş olur, həm də dünyada gedən inflyasiyanın Azərbaycanda vətəndaşın cibinə mənfi təsirinin qarşısını almaq məqsədi daşıyırdı. Bir qrup kateqoriyadan olanlar, məsələn, hərbi qulluqçularımız, deputatlarda ödəmə başqadır. Hərbi qulluqçularda kirayə puluna qədər hər şey var”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.