BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə Şimali Kiprə hərbi kontingent göndərir?

Türkiyə Şimali Kipr Türk Respublikasına silah və hərbi kontingent göndərə bilər.

 

Pravda.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

O qeyd edib ki, bu qərar Amerika Birləşmiş Ştatlarının Yunan Kiprinə qarşı tətbiq edilən silah embarqosunun götürülməsinə cavab olaraq atıla bilər.

 

“Mən Blinkenə, "Silahdan başqa verəcək bir şeyiniz yoxdurmu?" - deyə soruşdum. Pul verin, ehtiyacları var. Niyə silah? Kimə qarşı verirsiniz? Biz də nə edirik, Kipr türkünü qorumaq məqsədi ilə oraya daha çox ordu göndərəcəyik və silah olaraq da nəyə ehtiyacları varsa, onu qarşılayacağıq”, - XİN rəhbəri vurğulayıb.

 

APA

Tarix: 29 Sentyabr 2022, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin