BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeganə Hacıyeva: “Ermənistan Azərbaycanla sərhədində təxribatlarını daha da artıracaq”

“Aydın məsələ idi ki, yaxın zamanlarda Ermənistan sülh sazişini sabotaj etmək üçün müxtəlif yollara əl atacaq. Bu sabotajlarda Ermənistan tək deyil, bunu xüsusi qeyd etmək lazımdır. Ümumilikdə, qlobal səviyyədə Cənubi Qafqazda sülh və stabilliyin pozulmasına yönəlik bir koalisiya formalaşmaqdadır. Ermənistan da bu koalisiyanın nüvəsində yerləşir. Əslində bu koalisiyanın ideyaverici qüvvəsi də məhz ABŞ, Rusiya, Avropadakı erməni lobbisidir. Ümumerməni kriminal maraqları çərçivəsində bir koalisiya mövcuddur. Biz onların izlərini istər Rusiya, istərsə də ABŞ qanunvericilərində izləməkdəyik. Digər tərəfdən, Fransa birmənalı olaraq Ermənistanın nitqi ilə çıxış edir. Fransanın fikirlərinin hamısı Ermənistan rəsmi təbliğat tezisləridir. ABŞ Gürcüstanın hərbi strateji tərəfdaşı kimi Cənubi Qafqazda artıq mövcuddur. Həmçinin son proseslərdə Cənubi Qafqazda mövcudluğunu möhkəmləndirən Türkiyə, yəni NATO alyansı vasitəsilə ABŞ Cənubi Qafqazda maraqlarının qorunması çərçivəsindədir. Yəni ABŞ-ın maraqlarının qorunması üçün onun hərbi mövcudluğu Cənubi Qafqazda vacib deyil”.

 

Bu sözləri Pravda.az-a politoloq Yeganə Hacıyeva Ermənistan tərəfindən törədilən son təxribatlar barəsində danışarkən deyib.

 

O, xatırladıb ki, Fransa 44 günlük Vətən Müharibəsi dövründə birmənalı olaraq Ermənistan hakimiyyətinin ideoloqu kimi çıxış etdi:

 

“Prezident Emmanuel Makron Baş nazir Nikol Paşinyandan daha çox erməni oldu, misalla desək, “Papadan daha çox katolik oldu”. Makron sonradan ifşası sübut olunmuş fikirlər səsləndirdi. Guya Azərbaycan tərəfindən müharibədə muzdlular döyüşüb və s. Eynisini Avropada istər Niderland, istər Lüksenburq, İsveç və digər ölkələrin bir sıra rəmilərinin nümunəsində göstərə bilərik. Fransa həm də Cənubi Qafqazda güc olaraq mövcud deyil, tarixən də mövcud olmayıb. Çünki Fransa bütün mənalarda güvənilir, ciddi tərəfdaş deyil. Hazıkı mərhələdə Fransa daha çox NATO-nun vasitəsilə NATO sülhməramlılarını sərhədə yerləşdirmək istəyir. Delimitasiya və demarkasiya məsələləri aparılmadığına görə olmayan, şərti sərhəddən söhbət gedir”.

 

Y.Hacıyeva deyib ki, Ermənistanın sülh sazişinə gedən yolda tənzimləmə mərhələsini pozmasını şərtləndirən bir neçə məqam var:

 

“Birincisi, Ukraynadakı hərbi əməliyyatlarda Rusiyanın başının qarışması, Ukraynadakı hadisələrə görə Rusiyanın üzərinə gələn kualisiya var. Hazırda bu məqam üzərindən Ermənistan özünə yeni “böyük tərəfdaş” axtarışındadır. Bunu Fransanın, ABŞ-dakı erməni lobbisinə yaxın qanunvericilərin qismində tapmağa çalışır. Proses nə ilə nəticələnəcək? Öncəliklə, son hadisələrin beynəlxalq səviyyədə Ermənistan tərəfinin göstərməyə çalışdığı mənzərəsi haqqında danışmaq lazımdır. 30 ildə üstümüzə gələn bütün proseslərdə ən ədalətli olduğumuz məqam beynəlxalq hüquqla sərhədlərimiz çərçivəsində hərəkət etməyimiz, Ermənistanın işğalçı olması faktı idi. İndi müəyyənləşməmiş sərhəddə Ermənistan atəşkəsi özü pozaraq ərazisində əsgərlərinin öldürülməsində, hərbi təxribat törətməkdə Azərbaycanı ittiham edir. Bizi beynəlxalq hüququ pozan tərəf kimi göstərməyə çalışır. 30 il bizdə olan güclü arqumenti əlimizdən almağa çalışır”.

 

Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycanla sərhədində təxribatlarını daha da artıracaq:

 

“Bu, nə ilə nəticələnəcək sualına gəlsək, Ermənistanın ağıllanması prosesi bizim hərbi “dəmir yumruq”dan kənarda, birmənalı olaraq Rusiya hökümət daxilindəki proseslərlə bağlı ola biləcək. Ermənistan Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşacağı halda bu proseslər Paşinyan hakimiyyəti üçün ciddi təlatümlərlə nəticələnək. Paşinyandan sonra hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, istənilən şəxs proseslərdə Azərbaycan tərəfinin daha sərt əsaslarda formalaşdırılmış sülh sazişinə imza atacaq. Bu, o deməkdir ki, əgər biz buna qədər bufer zonanı iqtisadi əsaslarda formalaşdırmaq təşəbbüsümüz var idisə, indi bunu hərbi-texniki əsaslarda formalaşdırcağıq. Birmənalı olaraq Azərbaycanla Ermənistan sərhədində bufer zona olacaq. Sərhəddə nə kriminal daşınmalara, nə kriminal xətlərə, kommunikasiyalara, nə də terror kommunikasiyalarına imkan verməyəcəyik”.

 

Y.Hacıyeva əlavə edib:

 

“Burada bir haşiyə açmaq lazımdır. Proseslərdə Ermənistan tərəfindən istifadə edən dairələr var. Həm də 30 ilə yaxın bu dəhlizi özünün maraqları çərçivəsində ofşor daşınmalar üçün istifadə edən tərəfdən, faktiki olaraq İrandan söhbət gedir. Qarabağı faktiki olaraq sanksiyalardan yayınma istiqamətində platforma kimi istifadə edən İrandan, Yaxın Şərqdən Avropaya narkotik tranzitindən, Avropadan Yaxın Şərqə silah tranzitindən, Yaxın Şərqdən Balkanlara, Mərkəzi Asiyaya qədər narkotika, terror miqrasiyasını və s. himayədarlıq edən dairələrdir. Ancaq onu da qeyd etmək lazımdır ki, Ermənistanın nə planlar qurmasından asılı olmayaraq proses Azərbaycan tərəfinin nəzarətindədir. Bu mövcud konfiqurasiyalarda biz qalibik”.

 

Aytəkin Qardaşova

Tarix: 29 Sentyabr 2022, 19:36   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin