Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Razi Nurullayev: “Neftin ucuzlaşması xalqın sosial vəziyyətinin ağırlaşmasına gətirib çıxarır”

948
Paylaş:
Razi Nurullayev: “Neftin ucuzlaşması xalqın sosial vəziyyətinin ağırlaşmasına gətirib çıxarır”

“Neftin ucuzlaşması məni narahat edir. Azərbaycan iqtisadiyyatı hələ də neftdən asılıdır. Son illər qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər həyata keçirilsə də, bu, qənaətbəxş deyil. Neftin ucuzlaşmasına sevinmək lazım deyil”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

“Neftin ucuzlaşması ilə bağlı ajiotaj yaradılmamalıdır. Ucuzlaşma ölkədə hansısa siyasi situasiyanın yaranması anlamına gəlmir. Bu, kiminsə hansısa siyasi xidməti yerinə yetirməsinə xidmət edə bilməz. Neftin ucuzlaşması xalqın sosial vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. Azərbaycanın hər bir vətəndaşını həmrəyliyə dəvət edirəm” – R.Nurullayev qeyd edib.

Paylaş:

Ən son xəbərlər