44 günlük Vətən Müharibəsinin nəticələri Azərbaycan dövlətinin milli gücünü, xalqımızın mübarizə əzmini, sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Ölkəmiz tarixi Zəfəri ilə mühüm geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır. Ermənistanın törətdiyi müharibə cinayətləri dünya ictimaiyyətinə bir neçə istiqamətdə çatdırılıb. Cənab Prezident İlham Əliyev bütün yüksək tribunalardan çıxışlarında, bütün görüşlərində, beynəlxalq səviyyədə aparılan danışıqlarda birmənalı şəkildə bunu ortaya qoyur. Aparılan araşdırmalar, ekspert rəylərini ortaya qoymaqla ermənilərin Azərbaycana təzminat ödəməsi məsələsi gündəlikdədir. Ermənilər bilməlidir ki, onlar Azərbaycan ərazisində törətdikləri vəhşiliklərə iqtisadi, siyasi, hərbi digər cinayətlərə görə cavab verəcəklər. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm işlər görür. Diaspor təşkilatları, KİV birmənalı şəkildə Azərbaycan həqiqətlərini dünyaya yayır. Şuşada keçirilən görüşlər, bexnəlxalq simpoziumlar, festivallar və s. - bütün bunların əsas məramı, məqsədi dünyaya Azərbaycan həqiqətlərini çatdırmaqdır. Bu istiqamətdə də ciddi addımlar atılır.
Bu barədə Pravda.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub:

“Nəticədə Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm, iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəf alması, çoxsaylı müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilmədi. Hazırda bütün işğaldan azad olmuş ərazilərdə Azərbaycan bayrağının dalğalanması bu torpaqların azad olunmasında canını qurban vermiş şəhidlərimiz ehtiram əlamətidir. Vətən Müharibəsinin qəhrəmanları illər boyu özləri haqqında mif yaratmış Ermənistan ordusunu sındırdı. Biz dünyaya nümayiş etdirdik ki, Azərbaycan Ali Baş Komandanın qətiyyəti, Azərbaycanın rəşadətli Ordusunun şücaəti, şəhadəti şərəf sayan valideyni, anası, bacısı var. İkinci Qarabağ müharibəsində biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər bir Azərbaycan vətəndaşı bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcludur”.
Politoloq Tural İsmayılov isə deyib ki, bu günə qədər beynəlxalq birlik tərəfindən Ermənistanın sülh və əmin-amanlıq əleyhinə törətdiyi cinayətlərlə bağlı ortaya heç bir dəqiq etiraz mövqeyi qoyulmayıb:

