Sentyabrın 30-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib.
İlham Əliyev Sofiyada naməlum əsgərin məzarını ziyarət etdi - FOTOLAR
Pravda.az xəbər verir ki, burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub.