Bu gün Rusiyada raket-artilleriya zavodunun sursat anbarında partlayış baş verib.

Pravda.az-ın xəbərinə görə, Murmansk yaxınlığında, Roslyakovo mikrorayonunda yerləşən zavodun anbarında baş verən partlayış nəticəsində 5 hərbçi yaralanıb.

Yaralılardan 2-nin durumu ağır, 3-ü isə orta-ağır vəziyyətdədir. Partlayışdan sonra yanğın baş verməyib. 

İlkin versiyaya görə, partlayışa səbəb sursatla ehtiyatsız davranışdır.