“Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2023-cü il “Heydər Əliyev İli” elan edildi. Ümumilli lider Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı üçün gördüyü işlər əvəzsizdir. Bu gün gördüyümüz müasir, inkişaf etmiş Azərbaycan, dövlət quruluşumuz, salınan şəhərlərimiz, hazırkı gücümüz, ətraf ölkələrlə münasibətlərimiz, Azərbaycanın dünyaya tanıdılması - bütün bunların hər biri Heydər Əliyevlə bağlıdır. Bu gün cənab Prezident İlham Əliyev Heydər Əliyevin uğurlu siyasi kursunu davam etdirir. “Heydər Əliyev İli” çərçivəsində il boyu gənclərimizə ümummilli liderin göstərdiyi xidmətlər aşılanmalıdır, şəhərimizdə, eyni zamanda rayonlarımızda mötəbər tədbirlər keçirilməlidir. Heydər Əliyevin adına, onun gördüyü işlərə uyğun və layiq tədbirlər olmalıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.