“Mətbuat Şurası yarananda yalnız çap mətbuatı Şuranın təsisçiləri qismində çıxış edə bilərdi. Sonradan yeni – internet medianın genişlənməsi artıq məsələyə tamam başqa müstəvidə baxılmasını tələb etdi. Buna görə də daxili qaydalara dəyişiklik etməklə biz elektron KİV-in, xüsusən də onlayn medianın təsisçilik hüququnu, Mətbuat Şurasının təsisçisi olma haqqını tanıdıq. Şuraya üzv olan xeyli sayda sayt, çap mətbuatı, jurnal var. Artıq 19 ildir Mətbuat Şurası fəaliyyət göstərir. Bu müddət ərzində hansısa yeni saytlar yaranıb, hansılarsa sıradan çıxıb, qəzetlər yaranıb, ya da öz ömrünü başa vurub. Əlbəttə, belə faktlar var. Bununla bağlı seleksiya etməyə ehtiyac yaranıb. Hesab edirəm, bu məsələyə Mətbuat Şurasının növbəti iclaslarının bir də baxmaq olar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı deyib.
