BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət başçısı: “SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb, əminəm ki, yaxın vaxtlarda bunu da edəcəyik”

“Eyni zamanda, bu gün artıq Prezident də qeyd etdi, SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsi müzakirə olundu. Biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Biz enerji ilə bağlı olan digər məsələləri müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu”.

 

Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevla mətbuata bəyanatlarla çıxış edərkən deyib.

 

Prezident İlham Əliyev vurğulayıb ki, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb: “Və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik".

Tarix: 30 Sentyabr 2022, 18:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin