BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda 16 yaşlı azərbaycanlı qız öldürüldü

İranda kütləvi etiraz aksiyaları zamanı öldürülən azərbaycanlı qızın kimliyi məlum olub.

 

“Azad İran” teleqram kanalı xəbər verir ki, Sarina İsmayılzadə adlı yeniyetmə qız xüsusi təyinatlı qüvvələr tərəfindən qətlə yetirilib.

 

Hadisə sentyabrın 23-də Kərəc şəhərinin Mehrşəhr bölgəsində baş verib. Məlumata görə, 16 yaşlı Sarin başından aldığı zərbələr nəticəsində həyatını itirib.

 

Bundan əvvəl 20 yaşlı azərbaycanlı Hədis Nəcəfi Kərəc şəhərindəki aksiyalarda güllənərək öldürülmüşdü.

Tarix: 1 Oktyabr 2022, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin