“Bu gün Azərbaycan dünyanın bir çox ölkəsi ilə qarşılıqlı iqtisadi əlaqələrə malikdir. Hindistan da bu dövlətlərdən biridir. Təkcə 2018-ci ilin statistikasına nəzər salsaq, deyə bilərəm ki, 170 Hindistan kapitalı Bakıda fəaliyyət göstərirdi. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hindistan üçün də əhəmiyyətlidir. Yarımada ölkəsi Azərbaycan ilə əməkdaşlıqda və əlaqələrin genişləndirilməsində hər zaman maraqlı tərəflərdən olub. Hindistanın hazırkı xarici siyasi xəttində olan dəyişiklik, təbii ki, münasibətlərdə müəyyən durğunluğun yaranmasına gətirib çıxarır. Bununla bağlı Hindistanın ölkədəki səfiri də Xarici İşlər Nazirliyinə dəvət olunmuşdu. Lakin görünür ki, bu tədbirlər öz nəticəsini verməyib”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov deyib.