Əkrəm Əylislinin elədikləri və yazdıqlarının azacıq bir qismi. Amma elə bu azacıq qism də yetərlidir ki, onun kim olduğunu biləsən:
1. Sero Xanzadyanın Stepanakertdə keçirilən 60 illik yubileyində erməni yazıçısının bığlarından o qədər öpüb ki, axırda Yusif Səmədoğlu "ondansa Bakıda mənim itimin bığlarını öpəydin" deyib.
2. "Daş(nak) yuxular" əsərində qərbi azərbaycanlıları "ermənistandan gələn it uşaqları", naxçıvanlıları "danabaş", şuşalıları "verzila" adlandırıb.
3. Öz doğulduğu Əylis kəndini ermənilərin diliylə "Akulis" kimi yazıb.
4. Yazır ki, Akulisin əs sahibi türklərin süngüsündən həlak olan ermənilərdir.
5. "Ətirşah Masan"da Akulisin pedofil qocalara, zoofil yeniyetmələrə, bic doğan qadınlara qaldığını yazmaqla bir vaxtlar mövcud olan "müqəddəs" erməni məkanının türklər tərəfindən nə günə qoyulduğunu demək istəyir.
5. Türk süngüsündən xilas olan zavallı erməni qızcığazı Anikonun əsrlərin dərinliyindıən səsi qulağından getmir.
6.Oğlunu Vətənə qurban verən Xəlil Rza Ulutürkü "Xəlilullah Xəlil" deyə təhqir eləmək istəyir.
7. Türkçü əqidəli yazıçılar İsa Muğanna və Oljas Süleymanova sataşır, onlara 37-ci ilin qaydası üzrə pantürkist damğası vurmaq istəyir.
8. "Drujba narodov" jurnalına verdiyi donosda "mən uşaqlıqdan öz xalqıma yox, başqa xalqlara (yəni ermənilərə) etibar etmişəm" yazır.
9. Milli Məclisdəki çıxışında "Qarabağ məsələsindöə gərək ermənilərə güzəştə gedək, ərazimizin müəyyən faizini onlara verək" deyib.