Son 30 ildə körpələrə yönəlmiş televiziya proqramlarının sayı artıb.
Pravda.az xəbər verir ki, 1997-2014-cü illər arasında 0-2 yaşlı uşaqlar arasında ekran qarşısında qalma müddəti iki dəfə artıb.
Yeni araşdırma passiv ekrandan istifadənin azyaşlı uşaqların intellektual inkişafına təsirini müəyyənləşdirib. Bu zaman məlum olub ki, ekran qarşısında oturmaq baxış kontekstindən asılı olaraq faydalı ola bilər.
Portsmut və Paris-Nanter universitetlərinin tədqiqatçıları son iyirmi ildə dərc olunmuş 478 araşdırmanı təhlil ediblər. Onların nəticələri göstərib ki, erkən yaşda televiziya qarşısında çox qalmaq xüsusilə kiçik uşaqlar üçün oyun, dil inkişafına və icra funksiyalarına zərər verə bilər.
Tədqiqatlar onu da göstərib ki, valideyn və ya böyüklər yanında olarsa, uşaq üçün ekran vaxtı daha faydalıdır, çünki onlarla ünsiyyət qura və suallar verə bilər.