BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə Ukrayna donanmasının ilk korveti suya buraxıldı

Ukrayna Hərbi Dəniz Qüvvələri üçün “Hetman İvan Mazepa” korveti Türkiyədə suya buraxılıb.


Pravda.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Ukraynanın birinci xanımı Yelena Zelenskaya bildirib.


"Hetman İvan Mazepa" korvetini suya buraxmaq şərəfinə nail oldum. Onun üçün adı 2021-ci ildə prezident Vladimir Zelenski seçib. Türkiyədə inşa edilən bu gəmi Ukraynaya xidmət edəcək və Dəniz Qüvvələrimizdə bu sinifdən olan ilk gəmi olacaq", - deyə Y.Zelenskaya qeyd edib.


Qeyd edək ki, 2020-ci il dekabrın 14-də Ukraynanın keçmiş müdafiə naziri Andrey Taran Türkiyə nümayəndələri ilə Ukraynada korvetlərin tikintisi üçün texnologiyaların ötürülməsinə dair saziş imzalayıb.

Trend

Tarix: 2 Oktyabr 2022, 23:52   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin