BURADA REKLAMINIZ OLA
BİLƏR

"Veysəloğlu" şirkətinə cərimə protokolu yazıldı

"Veysəloğlu" MMC barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmə iclası oktyabrın 6-na təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 3 Oktyabr 2022, 07:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin