BURADA REKLAMINIZ OLA
BİLƏR

Avropa İttifaqının nümayəndəsi: Azərbaycanlılara qarşı hərbi cinayətlər törədənlər məsuliyyətə cəlb edilməlidir

Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib.

 

Pravda.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Tvitter hesabında bildirib.

 

“Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib. Bunlar da araşdırılmalı və əsl təqsirkarlar məsuliyyətə cəlb edilməlidir. Münaqişə hər iki tərəfdə dərin yaralar buraxıb və hər kəs etdiyi hərəkətə görə cavab verməlidir” – deyə Klaar vurğulayıb.

Tarix: 3 Oktyabr 2022, 07:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin