Çin “Wing Loong - 1H” adlı mülki pilotsuz uçuş aparatının köməyi ilə Çinxay-Tibet yaylası üzərində yağıntıların süni şəkildə artırılması əməliyyatını keçirib.
Bu barədə bazar günü Çin Aviasiya Sənayesi Korporasiyası məlumat yayıb.
Məlumata görə, əməliyyat təxminən beş saat davam edib. Nəticədə çinli mütəxəssislər 15 min kvadrat kilometrə qədər ərazidə “bulud toxumu” prosedurunu həyata keçirə biliblər