ABŞ prezidenti Donald Tramp üç ştatda - Nyu-York, Kaliforniya və Vaşinqtonda koronavirusla mübarizədə kömək üçün Milli Qvardiyanı cəlb etməyə icazə verib.
Pravda.az-ın xəbərinə görə, bu barədə RİA "Novosti" məlumat yayıb.
"Onlar (yerli hakimiyyət red.) xərclər haqqında narahat olmamalıdırlar", - ABŞ rəhbəri Ağ Evdə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ştatlar Milli Qvardiyanın istifadəsi xərclərinin 25%-ini ödəməli olmayacaq - bununla federal hökumət məşğul olacaq.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 292 142 nəfərə çatıb, 12,7 min nəfər koronavirusun qurbanı olub.Report
Milli Qvardiya da koronavirusla mübarizəyə cəlb edildi