BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov İsveçrənin dövlət katibini Ararat Mirzoyanla görüşü barədə məlumatlandırdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə dövlət katibi Livia Leunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü barədə məlumatlandırıb.


Pravda.az xəbər verir, bunu C.Bayramov tviterdə yazıb.


“Mən İsveçrə tərəfinə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm”, - nazir bildirib.


Qeyd edək ki, oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.


Görüş, 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

Fotoları təqdim edirik
Tarix: 3 Oktyabr 2022, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin