Bu gün 44 günlük müharibə zamanı Gəncənin ilk raket hücumuna məruz qalmasından 2 il keçir.
Britaniya səfiri Gəncəyə raket atılmasının ildönümü ilə bağlı paylaşım etdi
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “Twitter“də bildirib.
“Biz bu faciənin günahsız qurbanlarını dərin hüznlə anıb, onların yaxınlarına başsağlığı diləyirik”, - səfir qeyd edib.