BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdam şəhərinin dəmir yolu və avtovağzal kompleksinin təməli qoyuldu - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

 

Pravda.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleks barədə məlumat verildi.

 

Bildirildi ki, iki mərtəbə və terrasdan ibarət olmaqla layihələndirilən kompleksə dəmir yolu vağzalı və avtovağzal daxildir. Kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilib. Eyni zamanda, kompleksin tikintisində milli ornamentlər əsas götürülməklə, şüşə elementlərdən geniş istifadə olunacaq. Kompleks Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək.

 

Qeyd olundu ki, kompleksdə gözləmə zalları, bilet kassaları, tibb və polis məntəqələri, ana və uşaq otağı, əl yüklərini saxlama kamerası, texniki otaqlar, mağazalar, uşaqlar üçün əyləncə zonası, restoran və istirahət guşələri yaradılacaq.

 

Prezident İlham Əliyev kompleksin təməlini qoydu.

***

 

17:55

 

Ağdam şəhərinin dəmir yolu və avtovağzal kompleksinin təməli qoyulub.

 

Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.

Tarix: 4 Oktyabr 2022, 21:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin