BURADA REKLAMINIZ OLA
BİLƏR

Leyla Abdullayeva Edillidə kütləvi məzarlıq aşkarlanması ilə bağlı paylaşım etdi

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqıa bağlı “Twitter“də paylaşım edib.

 

Pravda.az xəbər verir ki, XİN sözçüsü Birinci Qarabağ müharibəsindən bəri 4000 azərbaycanlının itkin düşdüyünü, onların çoxunun işgəncəyə məruz qaldığını və öldürüldüyünü qeyd edib.

 

“Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzar – hərbçi olduğu müəyyənləşdirilən 12 nəfərin qalıqları aşkarlanıb. Müharibə cinayətləri ilə bağlı danışanların nəzərinə: Birinci Qarabağ müharibəsindən bəri 4000 azərbaycanlı itkin düşüb, onlardan çoxu işgəncəyə məruz qalıb, öldürülüb və kütləvi məzarlarda dəfn edilib”, - Leyla Abdullayeva qeyd edib.

Tarix: 4 Oktyabr 2022, 19:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin