Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım etdi

895
Paylaş:
Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Edillidə aşkar edilmiş kütləvi məzarlıqla bağlı paylaşım edib.

Pravda.az-ın xəbərinə görə, paylaşımda deyilir: “Edilli kəndində 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı tapılıb. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4000 azərbaycanlı hərbçi və mülki vətəndaş itkin düşmüş olaraq qalır. Ermənistan kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir”.

Paylaş:

Ən son xəbərlər