BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: “Düşmən torpaqlarımızı savaşsız tərk etmək istəmədi, nə edə bilərdik, gəlib Bakıya çıxaydılar?”

“Şəhid statusu ilə bağlı məsələyə fərdi yanaşılmalıdır. Hər bir övlad valideyn üçün dəyərlidir, ayrı-seçilik etməyə ehtiyac yoxdur. Şəhid statusu verilməyənlər ayrı-ayrı şəraitlərdə dünyalarını dəyişiblər. Bəzi ailələrlə görüşmüşəm, problemlərini dinləmişəm, hazırda onlar məhkəmələrə müraciətlər ediblər, baxılır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

A.Əliyev qeyd edib ki, bu işlərlə ciddi məşğuldur: “Vətən Müharibəsindən sonra hər bir qurumun işi artdı. İstəmirdik, bu qədər şəhid verək... Amma nə etmək olar, düşmən torpaqlarımızı savaşsız tərk etmək istəmədi. Nə edə bilərdik ki?! Gəlib Bakıya çıxaydılar? Müharibədən əvvəl və sonrakı problemlər mərhələli şəkildə həll edilir. Heç bir müraciət cavabsız qalmayacaq. Şəhid ailələrinin yanındayam, problemlərini də bilirəm...”

 

Kənan

Tarix: 5 Oktyabr 2022, 12:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin