BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “Ömür kimindirsə, özü bilər, kimə nə pay verər...”

““Allah mənim ömrümdən kəssin, nəvələrimə versin”. Bu ifadəni yalnız onlar üçün işlədirəm. Heç övladlarıma belə bir ifadə işlətməmişəm. Çünki övladlarımla aramda müəyyən pərdə olub. Əlbəttə, ömür kimindirsə, özü bilər, kimə nə pay verər...”

 

Bunu Pravda.az-ın sualına cavab olaraq Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

Deputat qeyd edib ki, təriflərin, yaltaqlıqların tərəfdarı deyil: “Məsləhət də bilmirəm. Əslində tərifli işə müsbət qiymət vermək pis deyil. Məsələn, bu gün Ağdamda şəhərsalma ilə bağlı tədbir keçirilir. Bu, doğrudan da, Azərbaycanın böyük imicidir. Cənab Prezident də iştirak edir. Afərin! Hamını yığıb gətirib, ermənilərin xaraba qoyduqları şəhərdə yeni quruculuq işlərindən danışır. Bu, müsbət işdir. Ali Məhkəmədə işlədiyim zaman mənə bir nəfər şit yaltaqlıq etdiyinə görə onu vəzifədən çıxardım. Amma bir il sonra özüm istefa verdim. On il yolda gedəndə o adamdan qaçırdım, utanırdım. Çünki insanlar başladılar şit yaltaqlıq etməyə, yaltaqlıq edənlərin işləri irəli getdi. Düşündüm ki, ay Allah, bu yazığı o vaxt camaat içində pərt elədim, vəzifədən çıxardım. Bilirsiniz, vəziyyət çox ağırdır. Düşünürəm, insanlar elə etməlidirlər ki, şit təriflərə yer olmasın. Ali Məhkəmədə mənə xəbər verdilər ki, Milli Məclisdə müzakirədən ötrü sənin əleyhinə imza toplayırlar, səni çıxaracaqlar, tədbir gör. Dedim ki, nə edirlər, etsinlər. Partiyada da beləyəm. Hamıya qardaş-bacı, ailə gözü ilə baxıram”.

 

Aytəkin Qardaşova

Tarix: 5 Oktyabr 2022, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin