Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

İsa Həbibbəyli: “AMEA-dakı ixtisarlarla bağlı narazılıq edən olmayıb”

905
Paylaş:
İsa Həbibbəyli: “AMEA-dakı ixtisarlarla bağlı narazılıq edən olmayıb”

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Akademiyada aparılan ixtisarlara qarşı səsləndirilən etirazlara münasibət bildirib.

İ.Həbibbəyli Pravda.az-a açıqlamasında deyib ki, AMEA-nın indi müəyyənləşən say həddi aparılan struktur islahatları ilə əlaqədardır.

O, ixtisar edilən kadrların bundan sonra harda fəaliyyət göstərəcəklərinə də aydınlıq gətirib:

“İxtisara düşən əməkdaşlar Akademiyanın tabeliyində olan müəssisələrdə imkan daxilində ixtisaslarına uyğun yerləşdirilib. Proses gedir”.

İ.Həbibbəyli ixtisarlarla bağlı onun özünə heç bir şikayət ünvanlanmadığını deyib:

“Bu barədə narazılıq edən olmayıb. Akademiya çalışır ki, islahatlar rahat şəkildə həyata keçirilsin, ixtisar olunan kadrlar mümkün qədər ixtisaslarına uyğun AMEA-nın tabeliyindəki müəssisələrdə vakansiya hesabına yerləşdirilsin. Buna maksimum diqqət göstərilir”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər