“Sərhəd olmayandan sonra hansı işğaldan söhbət gedə bilər? Bu baxımdan beynəlxalq qanun və davranış normaları tələb edir ki, öncəliklə ölkələr öz aralarında delimitasiya və demarkasiyanı həyata keçirsinlər. Sual olunur, bəs Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə nəyi bəyan edirdi? Sərhədi hardan keçirdi? Ağdamdan, Füzulidən, yaxud hardan keçirdi və onlar o torpaqları birləşdirmişdilər. Borrel o zaman nəsə demişdimi? Mən bunu xatırlamıram. Borrel çıxışında həmçinin konkret bildirib ki, Azərbaycana qarşı sanksiyaların tətbiq olunması nəzərdə tutula bilməz”.
Bu sözləri Pravda.az-a Milli Məclisin komitə sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelin Azərbaycanın Ermənistan ərazisini “işğal” etdiyi barədə iddiasına münasibət bildirərkən deyib.