Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Cavid Osmanov: “Ermənistan təxribatlarına davam etsə də, istənilən halda Azərbaycan öz istəklərinə çatacaq”

879
Paylaş:
Cavid Osmanov: “Ermənistan təxribatlarına davam etsə də, istənilən halda Azərbaycan öz istəklərinə çatacaq”

“Ermənistan növbəti dəfə Kəlbəcər istiqamətində hərbi təxribat törətdi. Əslində, Ermənistan Azərbaycana qarşı təkcə hərbi təxribatlar deyil, müxtəlif sahələrdə, siyasi-diplomatik və informasiya təxribatları törətməyə davam edir. Bu təxribatlar Ermənistana öz havadarları tərəfindən verilən dəstəyin nəticəsidir. Bununla da Ermənistanın havadarları öz geosiyasi maraqlarını yaratmaq üçün bölgədə sülhə qarşı çıxırlar. Azərbaycan tərəfi Ermənistanın bütün təxribatlarına qarşı adekvat cavab verir, istər informasiya sahəsində, istər diplomatik müstəvidə onları layiqincə cəzalandırır. Ermənistanın hərbi təxribatlarının da qarşısı qətiyyətlə alınır. Bundan sonra da belə olacaq”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Cənab Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda Ermənistana növbəti ciddi xəbərdarlıq mesajını verdi:

“Bu gün bölgədə sülh və əminamanlığın təmin olunması məhz Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşmasından, sülh sazişinin imzalanmasından keçir. Bu, beynəlxalq aləmə də mesaj idi ki, artıq Ermənistanla ciddi və səmərəli iş görülməli, Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində mühüm işlər aparılmalıdır. Praqada bu gün keçiriləcək dördtərəfli görüşdə bir sıra vacib məsələlər müzakirə olunacaq. Azərbaycan tərəfinin təqdim etdiyi və beynəlxalq birliyin qəbul etdiyi, yüksək qiymətləndirdiyi sülh gündəliyi ətrafında müzakirələr aparılacaq. Ermənistan tərəfindən törədilən təxribatlar bir daha Ermənistanın terrorçu siyasətini ortaya qoyur. İstənilən halda Azərbaycan öz istəklərinə çatacaq, qarşıya qoyduğu hədəflərin hər birinə nail olacaq”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər