Reklam

Əliyev, Ərdoğan və Paşinyan görüşündə çəkilən fotoda hansı mesajlar var? - ANALİZ

“Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən qeyri-formal görüşdə çəkilmiş foto diqqəti cəlb edir. Fotoda üç türk – Azərbaycan, Türkiyə və Macarıstan rəhbərləri və xüsusilə Paşinyanın fotolarda düşdüyü xarakterik forması var. Paşinyan kifayət qədər narahat görünür, gözünü qaçırır. Belə başa düşmək olar ki, o, prosesin gedişindən narahatdır. Bunu öz simasında çox ciddi şəkildə biruzə verir. Bu, adətən məğlublara xas üz ifadəsidir. Qeyri-iradi şəkildə, uyğunsuz formada əlini hərəkət etdirir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli deyib.

 

 O, cənab İlham Əliyevin fotodakı jestlərini də analiz edib:

 

“Azərbaycan Prezidenti barmağı ilə masanın üstünə işarə edir. Bu, diktə formasıdır. Eyni zamanda müharibədən simvollaşmış “dəmir yumruq”un davam etdirilməsini göstərməkdədir. Prosesin ağırlığı xüsusən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın simasında hiss olunur. O, bütövlükdə məğlubiyyətin ən güclü təcəssümünü özündə cəmləşdirib. Paşinyandan fərqli olaraq görünür ki, kifayət qədər az təcrübəyə malikdir. Eyni zamanda həmin məğlubiyyətin acısını öz simasında əks etdirməyi də bacarır”.

 

Ə.Əlibəyli deyib ki, masanın üzərinə qoyulan kitab da siyasi mesajdır:

 

“Masanın üstünə fikir versəniz, müəyyən mesajların şahidi olarsınız. Masadakı kitab Azərbaycan Prezidentinin əyləşdiyi istiqamətdə qoyulub. Kitabın açılması ərəfəsində tərəflərin müzakirə aparması onu göstərir ki, kitabın içindəki mesajlar da Azərbaycanın leyhinədir”.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 6 Oktyabr 2022, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin