"Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik".
Prezident: Qarabağdakı ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini Ermənistanla müzakirə etmək fikrində deyilik
Pravda.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində səsləndirib.
"Bu, bizim daxili işimizdir” - deyə dövlət başçısı vurğulayıb.