"Yelo Bank" ASC barəsində cərimə protokolu yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, ASC barəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.