Reklam

Deputat: ““Qarabağ” azərkeşlərinə hücum faktını vandalizm hesab edir”

“UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Olimpiakos”la oyun öncəsi stadionda “Qarabağ” azərkeşlərinə hücum faktını vandalizm hesab edir və kəskin pisləyirik. Dünyanın elm və mədəniyyət tarixinə imza atmış bir xalqa mənsub olan bəzi şəxslərin idman adına bu cür utancverici davranışı təəssüf və ikrah doğurur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

 

“Yunanıstanın aidiyyəti strukturlarını baş verən insidenti araşdıraraq vandalları cəzalandırmağa, futbol stadionunun isə bir daha barbar məqsədlər üçün alət edilməsinə yol verməməyə çağırırıq. Bütün çətinliklərə rəğmən, ruhdan düşməyərək “Olimpiakos”u  0-3 hesabla darmadağın edib vandalizmə gözəl oyunu ilə cavab verən doğma "Qarabağ"ı və komandamızın mətin azarkeşləri başda olmaqla bütövlükdə xalqmızı qələbə münasibəti ilə təbrik edirik! Qarabağ Azərbaycandır!” – B.Məhərrəmov qeyd edib.

 

Kənan

Tarix: 7 Oktyabr 2022, 07:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin