"2021-2022-ci illərdə Azərbaycanda "Google"da ən çox porno saytlar axtarılıb. Bu təsadüfi deyil. Mən bu barədə bir neçə dəfə danışmışam. Hər çıxışımdan sonra təqdir edənlərlə yanaşı, xoş olmayan fikirlər yazanlar da olub. Guya ki, mən mental dəyərləri heçə sayıram. Çox təəsüf ki, özümüzü bəzi mental dəyərlərə kökləyərək həyat yoldaşımıza xəyanət edirik".
Pravda.az Musavat.com bildirir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.
O bildirib ki, istənilən şəxs qarşı tərəfdən hər dəfə fərqli münasibət istəyir.
"Bu istək çox zaman xəyalında canlandırdığı fantaziyalarla və tərəf müqabili ilə bağlı olur. Və fantaziyalarını və intim istəklərini əksər kişilər mental dəyərləri rəhbər tutaraq öz həyat yoldaşları ilə reallaşdırmır. Düşünür ki, "ayıbdır, bunu desəm xanımım mənə necə baxar?"
Bütün günü porno saytlara baxan və oradan aldıqları adrialini reallıqda yaşamaq üçün kişilərin çoxu kənarda "ova" çıxır. Bəllidir ki, kişilər ikili münasibətdə daha çox həyacan axtarırlar. Bu həyacanı isə bəzi dəyərlərimizə görə həyat yoldaşı ilə reallaşdıra bilmirlər. Həyat yoldaşından bəzi şeyləri istiyə və tələb edə bilmirlər. Qəribədir ki, kişilərimiz istəklərini həyat yoldaşına dilə gətirməyi ayıb bilir, amma həyat yoldaşına xəyanət etməyi ayıb bilmirlər".