“Ümumiyyətlə, ölkədə nə baş versə, özünü “müxalifət” adlandıran radikal düşərgə, bir qrup siyasətçi imicində, siyasətdən başqa hər şeylə məşğul olan insanlar bundan siyasi xal qazanmaq istəyirlər. Hər fürsətdə bir səbəb, bəhanə axtarırlar ki, qarayaxma kampaniyası aparsınlar. Belə məsələlərin hər biri hüquqi müstəvidə həllini tapmalıdır. Azərbaycan, iqtidar onlara belə şans vermir, çünki ölkədə vətəndaş-iqtidar birliyi var. Kimlərinsə narazı olması da təbii haldır. Bu, cəmiyyətdir, amma onların sayı kifayət qədər azdır. Hansısa tərəfdən onlar öz haqlarını tələb edir, məmurlara, deputatlara müraciət edə bilirlər. Amma bunlardan bir şou düzəldib qlobal şəkildə göstərmək gülünc doğurur”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov Qubadlının sabiq icra başçısı Elxan Nuriyevin Rusiyanın sifarişi ilə Azərbaycan hakimiyyəti tərəfindən həbs edildiyi barədə səslənən iddialara münasibət bildirərkən deyib.