Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Krım körpüsündə partlayan yük avtomobili ilə bağlı yeni detallar məlum oldu

937
Paylaş:
Krım körpüsündə partlayan yük avtomobili ilə bağlı yeni detallar məlum oldu

Oktyabrın 8-i Krım körpüsündə partlayan yük avtomobili ilə bağlı yeni detallar məlum olub.

Bolqarıstan hökuməti xüsusi xidmət orqanlarından sözügedən yük avtomobili ilə bağlı məlumat tələb edib.

“Hökumət yoxlamalar həyata keçirir və xüsusi xidmət orqanlarından Krım körpüsündə partlayan yük avtomobili ilə bağlı məlumat istəyib”, - deyə Bolqarıstan hökumətinin sözçüsü Anton Kutev söyləyib.

Qeyd edək ki, Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin oktyabrın 9-u verdiyi açıqlamasında bildirib ki, körpüdə partlayan yük avtomobilinin marşrutu təyin edilib. Məlumata görə, yük avtomobili Bolqarıstandan Gürcüstana, oradan isə Ermənistan, Şimali Osetiya və Krasnodar diyarına yola düşüb. Bununla yanaşı, yük avtomobilinin marşrutunun təşkilində iştirak edən şəxslər də təyin edilib.

Xatırladaq ki, Krım körpüsündə baş verən partlayışda 3 nəfər həlak olub. Faciə qurbanları partladılmış yük maşınının yanında gedən minik avtomobilinin sərnişinləri olub.

Qafqazinfo

Paylaş:

Ən son xəbərlər