Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Siyavuş Novruzov: “Krım körpüsündəki partlayışda azərbaycanlıların adlarının hallandırılması erməni təxribatıdır”

1 048
Paylaş:
Siyavuş Novruzov: “Krım körpüsündəki partlayışda azərbaycanlıların adlarının hallandırılması erməni təxribatıdır”

“Krım körpüsündə baş verən partlayışda azərbaycanlıların adlarının hallandırılmasını təxribat hesab edirəm. Azərbaycanlıların bu məsələ ilə bağlı özlərinin də mövqeləri var. Azərbaycan dövləti də, orda yaşayan azərbaycanlılar da, hər kəs bu məsələlərə eyni mövqedən yanaşır. Bu, erməni təxribatıdır”.


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.


Deputat bildirib ki, bu məsələ ermənilərin Rusiyadakı mətbuat orqanlarının, Qeyri-Hökumət Təşkilatlarının ictimaiyyəti çaşdırmaq üçün apardıqları təbliğatıdır: “Bilirsiniz ki, bununla bağlı Rusiya dövləti Təhlükəsizlik Şurasının iclasını keçirdi, partlayışı terror aktı adlandırdı. Əvvəla, indiyə qədər azərbaycanlıların heç biri heç yerdə terror aktı törətməyib. Sovet dövründə, müstəqillik dövründə də Azərbaycan dövlətinin, vətəndaşlarının, xalqının adı heç vaxt terrorla birgə çəkilməyib. Həmişə ermənilərin adı çəkilib. Erməni terror təşkilatlarının həyata keçirdikləri metro, dəmir yolu, avtobus partlayışlarının dəfələrlə şahidi olmuşuq. Qarabağda avtobusları, Bakıda, Moskvada metroları partladanların hamısı ermənilər olub. Diplomatlara qarşı həyata keçirilən sui-qəsdlər, bu yaxınlarda Azərbaycanın xaricdəki səfirliklərinə qarşı terror aktı cəhdi - bunların hamısı sübutdur. Dünyada və post-sovet məkanında bu işlə məşğul olan ermənilərdir. Krım körpüsündəki partlayışda azərbaycanlıların adlarının hallandırılması da sırf ermənilərin növbəti təbliğatlarıdır”.


Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər