Xəbər verdiyimiz kimi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə ötən həftə dünyasını dəyişib. Onkoloji xəstəlikdən əziyyət çəkən mərhum partiya rəhbərinin dəfn mərasimində qardaşı, politoloq Zərdüşt Əlizadənin iştirak etmədiyi deyilir.
Sosial şəbəkələrdə yayılan xəbərə əsasən, Zərdüşt Əlizadə uzun illər küsülü olduğu qardaşının yas mərasiminə qatılmaqdan imtina edib, onun ailəsinə belə başsağlığı verməyib.
Pravda.az xəbər verir ki, Modern.az-ın əməkdaşı Zərdüşt Əlizadə ilə əlaqə saxlayaraq, deyilənlərin doğru olub-olmadığını soruşub.