Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"Gərək Yaponiya səfirinə müraciət edim" - Aqil Abbas

955
Paylaş:
"Gərək Yaponiya səfirinə müraciət edim" -   Aqil Abbas

"Ağcabədi rayonundakı artezian quyularından 115-i işləmir".

Bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatl" ASC-ni normal fəaliyyət göstərməməkdə ittiham edib: "Meliorasiya idarəsiə cəmi 11 quyunun bərpası üçün pul ayırıb. Əhməd Əhmədzadənin vaxtında bu işlərə pul tapmaq olurdu, indi olmur. Əkin sahələri sussuzluqdan yanır. İçməli su təchizatı üçün qazılmış artezian quyuları da pis vəziyyətdədir. Əvvəllər yaponlar bir neçə quyu qazmışdı. İndi də mən gərək Yaponiya səfirinə müraciət edim, çünki yeni kadrlar inamı doğrultmur", - deyə o, qeyd edib.

Report

Paylaş:

Ən son xəbərlər