Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"Azərbaycan-Qırğızıstan münasibətlərinin dinamikası qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindən xəbər verir"

637
Paylaş:
"Azərbaycan-Qırğızıstan münasibətlərinin dinamikası qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindən xəbər verir"

Azərbaycan-Qırğızıstan münasibətlərin belə dinamikası ondan xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik.

Pravda.az əbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında söyləyib.

Qırğızıstanlı həmkarı Sadır Japarovun yarım il bundan əvvəl Azərbaycana səfərini xatırladan dövlət başçısı deyib ki, bu səfər zamanı ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamə əlaqələrimizi daha yüksək səviyyəyə qaldırıb.

“Əminəm ki, mənim səfərimin yekunlarına dair əldə olunacaq razılaşmalar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Paylaş:

Ən son xəbərlər