“İnanmıram Ermənistan təzminat əvəzində Azərbaycana torpaq versin. Amma biz Ermənistandan təzminat almalıyıq. Bəlkə, beş ilə, ya on ilə alarıq, bu, ayrı məsələdir. Lakin Ermənistanın bizə torpaq verməsi inandırıcı görünmür. Deyək ki, belə bir şey mümkün oldu, təbii ki, biz Qərbi Zəngəzuru, Naxçıvan yolunu tələb edə bilərik. Ermənistan vaxtı uzatmaq üçün oyun oynayır. Heç vaxt təzminat əvəzi bizə ərazi verməyəcək. Biz də beynəlxalq qanunlarla Ermənistanın ərazi bütövlüyünü tanıyırıq. Möhtərəm Prezidentimiz İlham Əliyev bunu dəfələrlə deyib ki, “bizim başqalarının torpağında gözümüz yoxdur, ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.