Son zamanlar İranın Rusiyaya minə yaxın Pilotsuz uçuş aparatı (PUA )satmaq istəməsi ilə bağlı intriqa getdikcə qızışır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son zamanlar müntəzəm olaraq məlumat yayır ki,biz Ukrayna səmasında İran PUA-Iarını məhv edirik. Qarş tərəf olan İran Xarici İşlər Naziri məsələyə münasibət bildirib deyir ki, Rusiyaya PUA satmırıq. Orada İran istehsallı PUA ola bilməz. İran bu addımı atmaqla Rusiyanı dəstəkləyirmi? Belə davam edərsə, İran münaqişəyə birbaşa qoşula bilərmi?
Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bununla bağlı açıqlanmasında bildirdi ki, burada təəccüblü bir şey yoxdur: “Fevralın 24-də savaş başlayandan bu vaxta qədər İran PUA-larının Ukrayna savaşında Rusiya tərəfindən istifadə edildiyi yöndə məlumatlara dünya mediasında tez-tez rast gəlirik. Hətta İsrailin İranın əzəli düşməni İsrailin bu PUA-ları vurmaq üçün hərəkətə keçəcəyi yöndə də xəbərlər aldıq. Düşünürəm ki, cənub qonşumuz hələ bir qədər gecikib. Çünki son yarım əsrdə, yəni İranda inqilab baş verəndən bu günə qədər oradakı rejim daim beynəlxalq siyasətdə Rusiya ilə çiyin-çiyinə hərəkət edib. İndi sadəcə Rusiya-Ukrayna savaşında özünü seyrçi mövqedə göstərir. Hesab edirəm ki, qeyd etdiyiniz PUA-ları satsa belə, bu, sübutunu tapmayacaq. Çünki Ukraynada hazırda müharibədə ən müxtəlif formada istifadə edilən silahların sayı hesabı yoxdur. Digər tərəfdən, sübut olunsa belə, ən yaxşı formada İrana qarşı Qərb növbəti dəfə əlavə sanksiyalar tətbiq edə bilər. Rəsmi Tehran artıq bu sanksiyalara uzun illərdir öyrəşib. Eynilə Rusiya kimi …”.