Azərbaycanda tanınmış vəkilə qarşı dələduzluq edilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Anar Əhmədov Vəkillər Kollegiyasının üzvü, "Kəngərli və partnyorları" vəkil bürosunun rəhbəri İsmayıl Kəngərlinin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
İstintaq orqanı tərəfindən Anar Əhmədovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bundan başqa, o, daha 5 nəfərin pulunu dələduzluq yolu ilə mənimsəyib. Cinayət işində ümumilikdə 5 zərərçəkmiş var. Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.