“Oğlumun ABŞ-a getmək üçün "Green card"a müraciət etməsi ilə bağlı yayılan məlumatlar doğru deyil. Mənim oğlum ABŞ-a getməyib, heç vaxt da getmək fikri olmayıb. O, Vətən Müharibəsindən qayıdandan sonra Gürcüstanın “Borjomi” komandasında peşəkar futbolla məşğul oldu. Hazırda zədələndiyinə görə Vətənə gəlib. Biz də istəyirik ki, oğlum Azərbaycanda bir iş tapıb işləsin. Düzünü desəm, baxmayaraq ki, peşəkar futbola olduqca böyük marağı var, istəyirik mühüm iş tapa bilsin. Hələlik iki aydan artıqdır iş tapa bilməyib”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.