Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Rusiya-Ukrayna müharibəsi yeni “soyuq müharibəyə” şərait yaradır”

823
Paylaş:
“Rusiya-Ukrayna müharibəsi yeni “soyuq müharibəyə” şərait yaradır”

“ABŞ-ın keçmiş dövlət katibi və tanınmış siyasi eksperti 99 yaşlı Henri Kissincer vaxtilə ABŞ-la Çin arasında əlaqələrin memarı olub. ABŞ İkinci Dünya müharibəsindən sonra Çində kommunist hakimiyyətini tanımamışdı. Vaşinqton bunun əvəzinə Tayvan adasında yerləşən Çin rejiminə müxalif qüvvələri tanımışdı. Ancaq kommunist Çin onilliklər ərzində gücləndi və Henri Kissincer ABŞ-ın o zamankı prezidentini anlatdı ki, Pekinlə əqalə qurmaq lazımdır. İki ölkə arasında qarşılıqlı səfərlər reallaşdı və siyasi təmasların, o cümlədən istisadi əlaqələrin əsası qoyuldu. Hazırda iki ölkə arasında münasibətlər gərgindir və Henri Kissincer narahatdır ki, ABŞ-la Çin Tayvan adasında görə müharibəyə başlaya bilərlər. ABŞ prezidenti Co Bayden noyabrda İndoneziyada “böyük iyirmilərin” toplantısı çərçivəsində Çin lideri Si Sinpinlə görüşəcək. Kissincer ümid edir ki, bu görüş iki ölkə arasında gərginliyi nisbətən azalda bilər”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlunun sözlərinə görə, Henri Kissincer hesab edir ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədən narahatdır: “O, bu müharibəyə görə ABŞ-la münasibətləri daha da gərginləşdirmək istəmir. Vaşinqton isə istəyir ki, Pekin, ümumiyyətlə, Kremli dəstəkləməsin. Ancaq bunu reallaşdırmaq çətindir. Pekin Moskva ilə strateji tərəfdaşlıqdan imtina etməyəcək. Buna baxmayaraq, Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmasını arzulayır. Çünki Rusiya-Ukrayna müharibəsi yeni “soyuq müharibəyə” şərait yaradır. Pekin “soyuq müharibə” səbəbindən Qərblə iqtisadi əlaqələrinin zəifləməsini və regional layihələrinin təhlükə altına düşməsini istəmir”.

Paylaş:

Ən son xəbərlər