Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ekspert taxılın bahalaşmasından danışdı: “Azərbaycanla bağlı hər hansı təhlükənin olması...”

745
Paylaş:
Ekspert taxılın bahalaşmasından danışdı: “Azərbaycanla bağlı hər hansı təhlükənin olması...”

“Doğrudur, hazırda Rusiya-Ukrayna arasında olan münasibətlərin kəskinləşməsi zəminində müəyyən qədər taxılın qiymətlərində artımlar müşahidə edilir. Amma düşünürəm, bu, volatellik xarakter daşıyır. Yəni bir müddət sonra yenidən enmələr olacaq. Bütün hallarda 2022-ci ilin martından başlayaraq yaranmış qorxu, bu qorxunun yaratdığı yüksək qiymət artımı özünün pik həddinə 2022-ci ilin may ayının birinci yarısında çatıb. Hazırkı qiymət nə qədər qalxsa da, həmin müddətlə müqayisədə kifayət qədər aşağıdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, may ayındakı buğda qiymətinin formalaşacağına inanmır: “Düşünürəm, bir müddət sonra buğdanın qiymətlərində hazırkı eniş nisbətən azala bilər. Amma təbii ki, 2021-ci ilin qiymətlərinə nə zamansa gələcəyimizi də düşünmürəm. Çünki inflyasiyanın ümumi məqamı da, ümuminflyasiya meyilləri də buna imkan verməyəcək”.

Ekspert taxılın bahalaşmasının Azərbaycana təsirlərindən də danışıb: “Azərbaycanla bağlı hər hansı təhdid və təhlükənin olmasını gözləmirəm. Çünki dövlət məhz qida təhlükəsizliyi ilə bağlı artıq 2021-ci ilin ortalarından silsilə addımlar atmağa başlayıb. Həm ərzaq, həm taxıl ehtiyatlarının ehtiyatlarının formalaşmasında təkcə bu ilin yanvar ayında ötən illə müqayisədə dörd dəfədən artıq idxal həcmi həyata keçirib”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər