Rusiya Ermənistan və Azərbaycana növbəti üçtərəfli sammitin keçirilməsini təklif etmək niyyətindədir, yaxın gələcəkdə onun keçirilmə tarixlərinin razılaşdırılması planlaşdırılır.
Bunu jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Biz növbəti sammitin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli formatda keçirilməsini təklif edəcəyik və ümid edirik ki, yaxın gələcəkdə onun keçirilmə tarixlərini razılaşdıra biləcəyik”, - Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi vurğulayıb.